| Allah bizdən nə tələb edir? | Dərs 2 |
Allah kimdir? |
|
| Həqiqi Allah kimdir və Onun adı nədir? (1, 2) | |
| Allah necə bədənə malikdir? (3) | |
| Onun ən əsas xüsusiyyətləri hansılardır? (4) | |
| Ona ibadətimizdə surət və rəmzlərdən istifadə etməliyikmi? (5) | |
| Allah haqqında öyrənmək üçün hansı iki üsul mövcuddur? (6) | |
1. İnsanlar çox şeylərə ibadət edirlər. Lakin Müqəddəs Kitabda deyilir ki, yalnız bir HӘQİQİ Allah mövcuddur. Göydə və yer üzündə olan hər şeyi O yaratmışdır. Həyatı bizə O bağışladığı üçün yalnız Ona ibadət etməliyik (1 Korinflilərə 8:5, 6; Vəhy 4:11).
2. Allahın çoxlu titulları, amma yalnız bir adı var. Onun adı YEHOVA-dır. Müqəddəs Kitabın tərcümələrinin əksəriyyətində Allahın adı kənar edilmiş, Rəbb və Allah titulları ilə əvəz olunmuşdur. Lakin Müqəddəs Kitabın orijinalında Yehova adına təxminən 7 000 dəfə rast gəlinir! (Çıxış 3:15; Məzmur 8:1). 3. Yehovanın bədəni var, lakin bizimkindən fərqlənir. Müqəddəs Kitab deyir ki, “Allah Ruhdur” (Yəhya 4:24). Ruh — bizimkindən üstün olan həyat formasıdır. Heç bir insan Allahı heç zaman görməmişdir. Yehova göydə yaşayır, ancaq hər şeyi görür (Məzmur 11:4, 5; Yəhya 1:18). Bəs müqəddəs ruh nədir? O, Allah kimi şəxsiyyət deyil. Müqəddəs ruh Allahın fəal qüvvəsidir (Məzmur 104:30). 4. Müqəddəs Kitab bizə Yehovanın şəxsiyyətini aşkar edir. Mə’lum olur ki, Onun ən əsas xüsusiyyətləri — məhəbbət, ədalət, müdriklik və qüvvədir (Təsniyə 32:4; Eyub 12:13; İşaya 40:26; 1 Yəhya 4:8). Müqəddəs Kitabda deyilir ki, O, həm də mərhəmətli, lütfkar, bağışlayan, səxavətli və səbirlidir. Biz, itaətkar uşaqlar kimi, Onu təqlid etməyə can atmalıyıq (Efeslilərə 5:1, 2).
5. Allaha ibadət edərkən surətlərə, şəkillərə, rəmzlərə dua və ya sitayiş etməliyikmi? Xeyr! (Çıxış 20:4, 5). Yehova deyir ki, biz yalnız Ona ibadət etməliyik. O, öz izzətini başqa heç kimlə və ya heç nə ilə bölüşməyəcəkdir. Surətlər bizə kömək etməkdə gücsüzdürlər (Məzmur 115:4-8; İşaya 42:8). 6. Allahı daha yaxşı necə tanımaq olar? Üsullardan biri — Onun bütün yaratdıqlarını nəzərdən keçirərək, onların bizə söylədikləri üzərində dərindən düşünməkdir. Allahın yaratdıqları, Onun böyük qüvvəyə və müdrikliyə sahib olduğunu göstərir. Yaratdığı hər şeydə Onun məhəbbətini görürük (Məzmur 19:1-6; Romalılara 1:20). Allahı tanımağın ikinci üsulu — Müqəddəs Kitabı öyrənməkdir. Bu kitabın vasitəsilə, O, necə Allah olduğu haqda daha çox mə’lumat verir. Həmçinin O bizə, öz niyyəti haqqında və bizdən nə istədiyi barədə bildirir (Amos 3:7; 2 Timoteyə 3:16, 17). |
|
Çap edilib 2002 |
|
Copyright © 2006 Watch Tower Bible and Tract Society of Pennsylvania. All rights reserved. |
|