Yehovanın Şahidlərinin rəsmi veb səhifəsi

Ana səhifə Beliefs Future Medical Topics Contact Us Publications Languages
Allah bizdən nə tələb edir? Dərs 7Əvvəlki məqaləSonrakı məqalə

Allaha dua vasitəsilə yaxınlaşmaq

Müntəzəm surətdə dua etmək nəyə görə zəruridir? (1)
Kimə və necə dua etmək lazımdır? (2, 3)
Hansı mövzularda dua etmək düzgündür? (4)
Nə vaxt dua edilməlidir? (5, 6)
Allah duaların hamısınımı dinləyir? (7)

1. Dua, Allahla itaətkar söhbətdir. Allaha müntəzəm surətdə dua etmək lazımdır. Belə etməklə siz, Onunla əziz bir dost kimi yaxın olacaqsınız. Yehova qüdrətli və qadir olsa da, bizim dualarımızı dinləyir! Siz Allaha müntəzəm surətdəmi dua edirsiniz? (Məzmur 65:2; 1 Saloniklilərə 5:17).

2. Dua ibadətimizin bir hissəsidir. Buna görə də yalnız Yehova Allaha dua etməliyik. İsa yer üzündə yaşayarkən başqa bir kimsəyə deyil, hər zaman öz Atasına dua edirdi. Biz də bu cür davranmalıyıq (Matta 4:10; 6:9). Lakin bütün dualarımızı İsa Məsihin ismi naminə söyləməliyik. Bununla biz İsanın mövqeyinə hörmət etdiyimizi və onun fidiyə qurbanlığına iman gətirdiyimizi göstəririk (Yəhya 14:6; 1 Yəhya 2:1, 2).

3. Dua edərkən Allahla ürəkdən danışmalıyıq. Dualarımızı əzbərdən söyləməli və ya dua kitabından oxumalı deyilik (Matta 6:7, 8). Duanı müəyyən hörmətcil duruşda, istənilən vaxtda və müxtəlif yerlərdə etmək olar. Allah, hətta ürəyimizdə söylədiyimiz duaları da eşidir (1 Samuel 1:12, 13). Şəxsi dualarımız üçün tamamilə sakit yer tapmaq münasib olardı (Mark 1:35).

4. Nə barədə dua etmək olar? Allahla dostluğunuza aid olan hər şey barədə (Filipililərə 4:6, 7). Nümunəvi duadan görünür ki, Yehovanın adının izzətlənməsi və iradəsi barədə dua etmək münasibdir. Həmçinin lazımi maddi yardım, günahların bağışlanması və sınaqlara tab gətirmək üçün kömək haqqında da dua etmək olar (Matta 6:9-13). Dualarımız tamahkarcasına olmalı deyil. Yalnız Allahın iradəsinə müvafiq olan şeylər barədə dua etməliyik (1 Yəhya 5:14).

5. Allaha minnətdarlığınızı bildirmək və Ona həmd etmək üçün ürəyinizin təhrik etdiyi hər vaxt dua edə bilərsiniz (1 Tarixlər 29:10-13). Çətinlikləriniz yaranan və imanınız sınağa mə’ruz qalan zaman da dua etmək gərəkdir (Məzmur 55:22; 120:1). Yeməkdən qabaq dua etmək düzgündür (Matta 14:19). Yehova bizi “hər vaxt” dua etməyə təşviq edir (Efeslilərə 6:18).

6. Ciddi günah işlətdiyimiz zaman xüsusilə dua etmək lazımdır. Belə hallarda Yehovadan mərhəmət göstərməsini və bağışlamasını xahiş etməliyik. Әgər Onun qarşısında günahlarımızı e’tiraf edir və onları bir daha təkrarlamamaq üçün var qüvvəmizlə çalışarıqsa, o zaman Allah bizi bağışlayacaqdır (Məzmur 86:5; Süleymanın məsəlləri 28:13).

7. Yehova yalnız saleh adamların dualarını dinləyir. Allah sizin də dualarınızı dinləsin deyə, Onun qanunları əsasında yaşamaq üçün əlinizdən gələni etməyə çalışmalısınız (Süleymanın məsəlləri 15:29; 28:9). Dua edərkən təvazökar olmalısınız (Luka 18:9-14). Duada xahiş etdiyiniz şeylərin üzərində işləmək də gərəkdir. Bunu etməklə, iman gətirdiyinizi və söylədiklərinizin həqiqətən də ürəkdən gəldiyini təsdiq etmiş olarsınız. Yalnız belə olduqda Yehova dualarınıza cavab verəcəkdir (İbranilərə 11:6).

 

Çap edilib 2002

Ana səhifəBaşa qayıtƏvvəlki məqaləSonrakı məqalə

Copyright © 2006 Watch Tower Bible and Tract Society of Pennsylvania. All rights reserved.