| Allah bizdən nə tələb edir? | Dərs 12 |
Həyata və qana göstərilən hörmət |
|
| Biz həyata (1), aborta (1) necə yanaşmalıyıq? | |
| Məsihçilər təhlükəsizliyə can atdıqlarını necə göstərirlər? (2) | |
| Heyvanları öldürmək olarmı? (3) | |
| Hansı vərdişlərlə həyata hörmətsizlik göstərilir? (4) | |
| Allahın qanununda qan haqqında nə deyilir? (5) | |
| Buraya qanın köçürülməsi də daxildirmi? (6) | |
1. Yehova həyat Mənbəyidir. Bütün canlılar həyatları üçün Allaha borcludurlar (Məzmur 36:9). Həyat Allahın gözündə müqəddəsdir. Hətta ana bətnində olan uşağın həyatı da Yehova üçün qiymətlidir. Ana bətnində inkişaf etməkdə olan uşağı qəsdən öldürmək Allahın gözündə pis iş sayılır (Çıxış 21:22, 23; Məzmur 127:3).
2. Məsihin həqiqi davamçıları təhlükəsizliyə can atırlar. Onlar çalışırlar ki, sürdükləri avtomobil və yaşadıqları ev təhlükəsiz olsun (Təsniyə 22:8). Allahın xidmətçiləri yalnız məmnunluq duymaq üçün həyatlarını lazımsız riskə düçar etmirlər. Buna görə də onlar bilərəkdən, idmanın başqalarına xətər yetirən zorakı növü ilə məşğul olmurlar. Onlar zorakılığa həvəsləndirən əyləncələrdən qaçınırlar (Məzmur 11:5; Yəhya 13:35). 3. Yaradanın gözündə heyvanların da həyatı müqəddəsdir. Məsihçilər özlərini qida və geyim ilə tə’min etmək, həmçinin xəstəliyin və təhlukənin qarşısını almaq üçün heyvanları öldürə bilərlər (Təkvin 3:21; 9:3; Çıxış 21:28). Lakin heyvanlarla pis davranmaq və onları idman və ya əyləncə naminə öldürmək düzgün deyil (Süleymanın məsəlləri 12:10). 4. Məsihçilər siqaret çəkməli və ləzzət duymaq üçün narkotik maddələri qəbul etməli deyillər. Bütün bunları etmək pisdir, ona görə ki, 1) buna bənzər vərdişlər insanı qul edir, 2) bədənə zərər gətirir və 3) natəmiz sayılır (Romalılara 6:19; 12:1; 2 Korinflilərə 7:1). Bu cür vərdişlərdən yaxa qurtarmaq çox çətindir. Amma Yehovanı razı salmaq üçün bunu etmək zəruridir. 5. Allahın gözündə qan da müqəddəsdir. Allah deyir ki, can, yə’ni həyat qandadır. Buna görə də qandan qida kimi istifadə etmək düzgün deyil. Həmçinin qanı yaxşı axıdılmamış heyvanın ətini yemək də düzgün deyil. Boğulan və ya tələdə ölən heyvanın ətini yemək olmaz. Әgər heyvanı nizə və ya güllə ilə vurublarsa, onun qanı dərhal axıdılmalıdır, yalnız o zaman onu yemək olar (Təkvin 9:3, 4; Levililər 17:13, 14; Həvarilərin işləri 15:28, 29). 6. Bəs qan köçürmək olarmı? Yadda saxlayın: Yehova qandan çəkinməyimizi tələb edir. Bu o deməkdir ki, bədənimizə heç bir üsulla başqa insanların qanını, hətta bizdən alınıb haradasa saxlanılan qanı belə qəbul etməli deyilik (Həvarilərin işləri 21:25). Buna görə də Məsihin həqiqi davamçıları qan köçürməkdən imtina edirlər. Onlar tibbi müalicənin başqa növlərinə, məsələn, tərkibində qan olmayan dərmanların köçürülməsinə razıdırlar. Məsihçilər yaşamaq istəyirlər, lakin həyatlarını Allahın qanunlarını pozmaqla xilas etməyə çalışmırlar (Matta 16:25). |
||
Çap edilib 2002 |
|
Copyright © 2006 Watch Tower Bible and Tract Society of Pennsylvania. All rights reserved. |
|