Yehovanın Şahidlərinin rəsmi saytı

Ana səhifə Beliefs Future Medical Topics Bizimlə əlaqə yaradın Publications Languages
Allah bizdən nə tələb edir? Dərs 15Əvvəlki məqaləSonrakı məqalə

Allahın iradəsini yerinə yetirməkdə başqalarına göstərilən yardım

Öyrəndiyiniz yaxşı şeylər barədə başqalarına danışmaq nəyə görə vacibdir? (1)
Xoş xəbəri kimlərlə bölüşə bilərsiniz? (2)
Davranışınız başqalarına necə tə’sir göstərə bilər? (2)
Yığıncaqla birlikdə nə zaman təbliğ edə bilərsiniz? (3)

1. Bu vaxtacan Müqəddəs Kitabdan çox yaxşı şeylər öyrəndiniz. Bu biliklər, özünüzdə məsihçi şəxsiyyətini yetişdirməkdə sizə kömək etməlidir (Efeslilərə 4:22-24). Müqəddəs Kitab biliklərini əldə etmək əbədi həyata nail olmanız üçün vacibdir (Yəhya 17:3). Lakin xilas ola bilmələri üçün, xoş xəbəri başqa insanlar da eşitməlidirlər. Məsihin həqiqi davamçılarının hamısı başqa insanlara şəhadətlik etməlidirlər. Bu, Allahın tapşırığıdır (Romalılara 10:10; 1 Korinflilərə 9:16; 1 Timoteyə 4:16).

2. Öyrəndiyiniz yaxşı şeylər haqda yaxınlarınızla bölüşə bilərsiniz. Bu barədə ailənizin üzvlərinə, dostlarınıza, məktəb və iş yoldaşlarınıza danışın. Bu zaman xeyirxah və səbirli olmalısınız (2 Timoteyə 2:24, 25). Yadda saxlayın ki, insanlar çox vaxt sözünüzə deyil, əməllərinizə fikir verirlər. Buna görə də insanları, təbliğ etdiyiniz xoş xəbərə məhz yaxşı davranışınızla cəlb edə bilərsiniz (Matta 5:16; 1 Peter 3:1, 2, 16).

3. Ehtimal ki, siz, bir qədər vaxtdan sonra Yehovanın Şahidlərinin yığıncağı ilə birlikdə, yaşadığınız ərazidə təbliğ etmək hüququna malik olacaqsınız. Bu, irəliləmənizdə ən mühüm addımdır (Matta 24:14). Başqalarına Yehovanın xidmətçisi olmağa və əbədi həyatı miras almağa kömək etmək necə də sevindiricidir! (1 Saloniklilərə 2:19, 20).

 

2002-ci ildə nəşr olunub

Ana səhifəSəhifənin əvvəliƏvvəlki məqaləSonrakı məqalə

Copyright © 2011 Watch Tower Bible and Tract Society of Pennsylvania. All rights reserved.